Menu

Yerevan Bakı ilə vurulan helikopterin pilotlarına dair danışıqlar aparır

18.11.2014, 13:30
Yerevan Bakı ilə vurulan helikopterin pilotlarına dair danışıqlar aparır

Noyabrın 12-də Azərbaycan ordusunun cəbhə xəttində məhv etdiyi Ermənistana məxsus Mİ-24 döyüş vertolyotundakı pilotların taleyini aydınlaşdırmaq üçün Bakı ilə Yerevan arasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə danışıqlar aparılır.

Modern.az saytı xəbər verir ki, bu barədə xarici KİV-ə “Qırmızı Xaç”ın Ermənistandakı nümayəndəliyinin rəhbəri Zara Amatuni bildirib. Lakin o, danışıqların nəticələri barədə məlumat verməkdən imtina edib:

“Noyabrın 13-dən tərəflər arasında dialoq aparılır. Danışıqların əsas məqsədi hərbi vertolyotdakı pilotların taleyini müəyyən etməkdir. İndiki məqamda danışıqlar bütün maraqlı olan tərəflərlə aparılır. Yerevanla daimi əlaqə var, Bakı ilə danışıqlar aparılır. Nəticə əldə olunması üçün müvafiq işlər aparılır”.

Azərbaycan ordusu noyabrın 12-də cəbhənin Ağdam istiqamətində təmas xəttini keçərək mövqelərimizi atəşə tutan Ermənistana məxsus Mi-24 hərbi təyyarəsini 3 pilotla birlikdə məhv edib. Təmas xəttindəki neytral əraziyə düşən helikopterdəki pilotların meyitlərini oradan çıxarmaq mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol