Dörd ölkə hərbi hava qüvvələrini birləşdirir – Ramştayn bazasında saziş imzalandı

İsveç, Norveç, Finlandiya və Danimarka vahid hava qüvvələri yaratmaq niyyəti haqqında saziş imzalayıblar.

“AzPollitika.info” xəbər verir ki, bu barədə Danimarka Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Yan Dam “Reuters” agentliyinə bildirib. Şimal ölkələri birlikdə 250 döyüş təyyarəsi, həmçinin hava hücumundan müdafiə və kəşfiyyat sistemlərini idarə edəcəklər.

Yan Dam deyib ki, belə bir qərar Rusiyanın Ukraynadakı müharibəsi fonunda verilib. Skandinaviya ölkələri digər məsələlərlə yanaşı, mümkün Rusiya təhlükəsinə qarşı əməkdaşlıq edəcəklər.

"Bizim ümumi hava donanmamızı böyük bir Avropa ölkəsinin aviasiyası ilə müqayisə etmək olar", - o qeyd edib.

Müqavilə Almaniyanın Ramştayn hərbi bazasında imzalanıb. İmzalanma mərasimində NATO Hərbi Hava Qüvvələri komandanı, general Ceyms Hekker iştirak edib.

Şimal ölkələrini sıx siyasi, iqtisadi və mədəni əlaqələr birləşdirir. Lakin hərbi-siyasi baxımdan fərqli statuslara malikdirlər. Danimarka 1949-cu ildən NATO-nun üzvüdür və hərbi alyansın qurucu ölkələrindən biridir.

Finlandiya və İsveç əvvəllər neytral idi. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri bu ölkələr NATO-ya üzv olmaq üçün müraciət ediblər. Norveç də NATO-nun üzvüdür. Digər Skandinaviya ölkələrindən fərqli olaraq, o, Avropa İttifaqının bir hissəsi deyil, onunla əməkdaşlıq edir.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar