“BİZ DAYANMAYACAĞIQ!” – Bayden İranı hədələdi

“Prezidenti Co Bayden İrana xəbərdarlıq edərək bildirib ki, ABŞ ordusu Suriyadakı hücuma cavab olaraq İranın dəstəklədiyi qüvvələrə hava zərbələri endirdikdən sonra Vaşinqton amerikalıları qorumaq üçün qətiyyətlə hərəkət edəcək”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bayden Kanadaya səfəri zamanı jurnalistlərə deyib: “Səhv salmayın, Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, amma xalqımızı qorumaq üçün qətiyyətlə hərəkət etməyimizə hazır olun”.

"İran daha böyük bədəl ödəyə bilərmi” sualına Bayden “biz dayanmayacağıq", - deyə cavab verib.

ABŞ rəsmiləri daha əvvəl bildirmişdilər ki, Suriyada İranın dəstəklədiyi qüvvələrin ABŞ hərbi personalına endirdiyi zərbə nəticəsində bir ABŞ hərbçisi yaralanıb.

Bu hadisədən daha əvvəl bir Amerika hərbçisinin ölümü və beş əsgərin yaralanması ilə nəticələn hücum baş verib. Vaşinqton hücumda İran istehsalı olan drondan istifadə edildiyini bildirib.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ İranla müharibə və ya regionda hər hansı digər silahlı münaqişəyə can atmır.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Camal 2023-03-25 23:25:53

heç hərəkətiniz də hiss olunmur.. katalikoslaşmış iranın fatihəsini vermək zamanı çatıb, bu ölkə artıq çürüyüb...

Son yazılar