Menu

“AMANSIZ QARŞIDURMAYA HAZIRLAŞMALIYIQ...” – Araik Moskvaya gedib və istefa verməkdən imtina edib?

25.03.2023, 15:37
“AMANSIZ QARŞIDURMAYA HAZIRLAŞMALIYIQ...” – Araik Moskvaya gedib və istefa verməkdən imtina edib?

Ermənistanın "Qrapark" nəşri öz mənbələrinə istinadən separatçıların lideri Araik Arutyunyanın bir neçə gün əvvəl Moskvadan qayıtdığını bildirib.

O, Moskvada bir sıra görüşlər keçirib. Qayıtdıqdan sonra yaxın ətrafını toplayıb və onun istefası məsələsinin təxirə salındığını və yaxın gələcəkdə "prezident seçkiləri olmayacağını" deyib.

"O, həmçinin deyib ki, uzunmüddətli və amansız qarşıdurmaya hazırlaşmaq lazımdır - atəşə atəşlə cavab vermək, diversiya cəhdlərinin qarşısını almaq və diversiyaçıları məhv etmək, Qarabağda normal həyatı bərpa etmək, alternativ yolu işə salmaq və kiçikdən-böyüyə silahlanaraq, gözlənilən müharibəyə hazırlaşmaq lazımdır.

Eyni zamanda, o, ermənilərin qarşısında iki yol olduğunu deyib - ya Qarabağdan getmək, ya da "müstəqilliyi" qoruyub saxlamaq üçün mübarizə aparmaq, lazım olsa həlak olmaq. Azərbaycanla inteqrasiya variantı istisna edilir", deyə nəşr yazır.

Turan

Şərhlər

dadaşyev 2023-03-25 23:03:34

Aaaa!44 günlük amansız qarşıdurma olanda ermənistana qaçıb girməyə deşik axtarırdın,indi noldu,Putin sənə qorxu duası yazan kimi özünə gəldin?Moskvada ət yedin ağırlaşdın?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol