ORDUMUZ XANKƏNDİNƏ GEDƏN YOLLARI NƏZARƏTƏ GÖTÜRDÜ - Rusiya Müdafiə Nazirliyi də təsdiqlədi

Azərbaycan ordusunun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etməsini terrorçu rejimin ardınca Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

 Qarabağdakı Rusiya hərbçilərinin komandanlığına istinad edən Rusiya MN Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyə nəzarəti ələ keçirərək postu təchiz etməyə başladığını açıqlayıb.

Bildirilir ki, Azərbaycan ordusu Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib və istehkam işlərini həyata keçirib.

Musavat.com-un məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, RHK komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını almaq üçün tədbirlər görür”.

“Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb” -məlumatda belə bir cəfəng iddia öz əksini tapıb.

Əlavə olunub ki, atəşkəs rejiminin bir dəfə pozulması Xocavənd (Rusiya MN bu dəfə də “Martuni” yazıb-M.) rayonu ərazisində də qeydə alınıb. İtki yoxdur, araşdırma aparılır.

635x100

Şərhlər

t.ədalət 2023-03-26 11:46:36

Bir vaxtlar eşidirdik ki,Rusiya Azərbaycan tərəfdən götürdüyü əsirləri Kəlbəcər və Laçın tərəfdən ermənistana açdığı yeraltı tuneldə işlədir.Həmin tunellər,güman ki Nacmuddin Sadıkovla Səfər Əbiyevə də məlum idi.

dadaşyev 2023-03-25 22:54:04

Qəşşşəəəəng!!!Heç bir ölkə buna görə bizi qınayammaz,çünki bu bizim təməl haqqımızdır və milli təhlükəsizliyimiz məsələsidir.Dünyanın qəbul etdiyi sərhədlərimiz daxilində asayişi qorumaq bizim ana südü kimi halal haqqımızdır.İrəli,ancaq və ancaq irəli,Azərbaycan Ordusu!!!Sərhəd-gömrük məntəqəsi və pasport rejimi olmalıdır bütün Qarabağda.Başqa yol qoymadılar bizə.Sülh istəmirlərsə yalvarmamalıyıq.Səni sevəcəyəm sən sevməsən də?!Olmaz belə.Sevərsən sev,sevməzsən oğlumun Novruz bayramında yediyi qozlarına ki.Bəsdi dəə.

Son yazılar