Menu

“Belarus Kremlin nüvə girovuna çevrilir” - Ukrayna Təhlükəsizlik Şurası

26.03.2023, 12:09
“Belarus Kremlin nüvə girovuna çevrilir” - Ukrayna Təhlükəsizlik Şurası

“Belarus Kremlin nüvə girovuna çevrilir”. “Report” xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov tviterdə yazıb.

O bildirib ki, Moskvanın Belarusda nüvə silahı yerləşdirilməsi ilə bağlı qərarı Belarus cəmiyyətində Rusiya Prezidenti Vladimir Putinə qarşı mənfi münasibəti gücləndirəcək.

Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol