"AZƏRBAYCAN 30 İLLİK LAYİHƏYƏ SON QOYUR..." - "Xankəndində qalan qalacaq, qalmayan...”

“Ordumuzun hərəkətə keçməsi antiterror əməliyyatının bir hissəsidir. Orada 10 minə yaxın terrorçu var. Onların təminatı Ermənistandan gəlir. Orada Azərbaycan Konstitusiyasına zidd olan hərbi birləşmələri saxlamaq üçün onlara mütləq yol lazımdır”.

Bu sözləri Musavat.com-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Politoloq xatırladıb ki, münaqişənin əvvəlində Ermənistan Laçın ərazilərini işğal etmişdi, çünki onlar özləri üçün yol yaratmalı idilər: “Sonradan işğalı daha da genişləndirdilər. Yəni hərbi məntiq bundan ibarətdir. İndi isə Azərbaycan çox humanist formada onların təminat imkanlarını bağlayır. Çünki mülki əhali üçün hansısa malların gətirilməsi, yaxud da onların gedib-gəlməsi üçün heç bir qadağa yoxdur.

Biz görürük ki, müxtəlif yerlərdən reaksiyalar var - Rusiyanın bəyanatı, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəng etməsi. Lakin hamı yaxşı başa düşür ki, Xankəndində yaşayan ermənilər qondarma rejimin hərbi institutlarına tabe olmayacaq. Qalan qalacaq, qalmayan çıxıb gedəcək”.

Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycan bu şəkildə öz siyasətini davam etdirir. Ərazi bütövlüyünün və suverenliyin bərpası məhz bu şəkildə gedir: “Tərk-silah prosesi artıq başlayıb. Onlar çox narahat olacaqlar ki, silah-sursat gəlmir, təminat yoxdur və s. Çünki onlar muzdlu terrorçulardır. Bu, onların 30 il öncə yaratdıqları layihənin sonudur. Azərbaycan bu duruma son qoymaqda israrlıdır. Çox vacib siyasi proseslər gedir. Mən əminəm ki, dövlətimizi bu bəladan birdəfəlik qurtarmaq üçün Azərbaycan rəhbərliyində, xalqında siyasi iradə var”.

"İrandan hansı addımları gözləmək olar?" sualına politoloq belə cavab verib: “Dünənki əməliyyat Azərbaycan ərazisində keçirilib. İran elitasında çox ciddi ziddiyyətlərin olması barədə məlumatlar sızır. Azərbaycana dırnaqarası təhdidlər daha çox daxildə istifadə olunur. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanın imkanları, hərbi müttəfiqləri çoxdur. Bu baxımdan İranın təhdidləri real görsənmir. Onlar bu əhval-ruhiyyəni ona görə yaradırlar ki, daxildə gedən proseslərdə düşmən obrazı yaratsınlar. İran uzaqbaşı hansısa təxribat törədə bilər. Onlar yaxşı başa düşürlər ki, Azərbaycana gücləri çatmaz. Biz bu təbliğat müharibəsini bu şəkildə qəbul etməliyik”. 

635x100

Şərhlər

Yalçın Əzmkar 2023-03-29 13:20:16

Çarın başını *Qara Kabus* dumanlandıranda belə Rusiya konvoyu 1917-ci ildə Qarabağı (qaban ovu üçün icazə) istəyən ermənilərin hamısını toplayıb, Ağcabədidə tam Eçmiadzin konvoyuna təslim göndərmişdi? Nə qədər ki, Qarabağda erməni qalacaq, Azərbaycan daimi qınaqda qalacaq!?

Zülfüqarova 2023-03-26 17:04:18

Belə politoloqlara düvənmək ən azı avamlıqdır.Necə yəni gözləyək onlar tükənəcək,qalan qalacaq,gedən gedəcək.Bu necə mülahizədir? Azərbaycanın ən böyük səhvi başladığı işi yarımçıq dayandırnası və gözləmə mövqei olub.AXı biz hələ QArabağın 65-70 faizin işğaldan azad etməmiş lovğalanmağa baçlamışıq.Baxın,azad olunan Tərtər,Şuşa,Laçın,Zəngilanın nə qədər kəndləri azad edilməmiş qalıb.QArabağın 5 rayonu ermənilərdədir.BUna necə zəfər demək olar? POlitoloq bunları niyə görməzdən gəlir?Bax,bizim bəlamız elə bundadır.

Son yazılar