Menu

Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb - FOTO

26.03.2023, 17:00
Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 6 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 829 398 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 104 nəfər müalicə olunaraq sağalıb, 10 166 nəfər vəfat edib, aktiv xəstə sayı 128 nəfərdir.

Ölkədə son sutka ərzində 910, hazırkı dövrədək isə 7 553 009 test aparılıb.

Şərhlər

dadaşyev 2023-03-26 21:45:19

Əşi dünya bitirdi bu yalan-palan məsələni,biz bitirmədik ki sərhədləri açmayaq.Qurtarın daa bu komediyanı.Açın quru yollarını,millət istədiyi yerə AZAL-sız getsin gəlsin ucuz qiymətə.Qazandığını qazandı da AZAL bu neçə ildə,Sovet vaxtıdı ki sərhədləri bağlı saxlamışıq?Aaaa,bəsdi dəə!

Elxan 2023-03-26 18:56:22

Operativ Qərərgahdan həmişəki kimi naftalin iyi gəlir.A kişi,siz nə danışırsınız?Bütün dünya pandemiyanın başa çatması haqqında məlumat verir,siz hələ də 58nəfər yoluxdu,6nəfər(!?) öldü mahnısı oxuyursunuz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol