Menu

Türkmənistanda parlament seçkiləri üzrə səsvermə başa çatıb

26.03.2023, 19:49
Türkmənistanda parlament seçkiləri üzrə səsvermə başa çatıb

Bazar günü saat 19:00-da (Bakı vaxtı ilə 18:00-da) Türkmənistanda 7-ci çağırış Məclisin (parlament) deputatları, habelə vilayət, rayon, şəhər və yerli özünüidarəetmənin xalq şuralarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.

“Report”un məlumatına görə, ümumilikdə respublika üzrə 2 602 seçki məntəqəsi səhər saat 07:00-dan (Bakı vaxtı ilə 06:00) saat 19:00-dək (Bakı vaxtı ilə 18:00) fəaliyyət göstərib.

Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.

Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası iştirak edib: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları. Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.

Şərhlər

Vətəndaş 2023-03-26 20:00:35

BU TÜRKMƏNLƏR QOYUN YOX EY LAP QUZUDURLAR. GƏTİRDİ BAŞDAN XARAB OĞLUNA VERDİ PREZİDENTLİYİ. MİLLƏT DƏ QUZU KİMİ QƏBUL ETDİ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol