Menu

"Trabzonspor" klubunun yeni prezidenti müəyyənləşib

26.03.2023, 19:50
"Trabzonspor" klubunun yeni prezidenti müəyyənləşib

Türkiyənin "Trabzonspor" klubunun yeni prezidenti müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu vəzifəyə Ertuğrul Doğan seçilib.

O, Qara dəniz təmsilçisinin 18-ci prezidenti olub.

Qeyd edək ki, yeganə namizəd olan Doğan bu postda Ahmet Ağaoğlunu əvəzləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol