Menu

“Baxmutla bağlı bütün ssenarilərə hazırıq" - Ukrayna Quru Qoşunlarının komandanı

27.03.2023, 12:23
“Baxmutla bağlı bütün ssenarilərə hazırıq" - Ukrayna Quru Qoşunlarının komandanı

“Baxmutla bağlı bütün ssenarilərə hazırıq və mövcud vəziyyətə uyğun davranacağıq”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətindəki ən qaynar nöqtələrdə olarkən deyib.

O bildirib ki, Baxmutun müdafiəsi hərbi zərurətdir: “Əsgərlərimizin qəhrəmanlığı və cəsarəti, həmçinin silahlardan düzgün istifadə şəhərin müdafiəsini təmin etməyimizə imkan yaradır”.

Qeyd edək ki, Donetsk vilayətinin Baxmut şəhəri Ukraynakı müharibənin ən qaynar nöqtələrindən biridir. Təxminən 6 aydır ki, orada gərgin döyüşlər gedir. Rus hərbçiləri şəhəri mühasirəyə alsalar da, içəri girə bilməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol