MÜDAFİƏ SƏNAYESİ NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN OLUNDU - Vüqar Mustafayev kimdir? + DOSYE

Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib.

O, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib.

V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub.

635x100

Şərhlər

Məhəmməd 2023-03-29 17:40:16

Bu hansı mamanın gül balasıdır?Daşınır kimlərinsə dalınca.Bir bunun barədə məlumata diqqət rdin.təhsil-iş-vəzifələr.Ona görə Azərbaycan bu gündədir.Kadrlar yetişdirilmir.preslənir.,

Son yazılar