Menu

Rusiya Könüllülər Korpusunun komandiri federal axtarışa verildi – Terroda ittiham edilir

27.03.2023, 13:15
Rusiya Könüllülər Korpusunun komandiri federal axtarışa verildi – Terroda ittiham edilir

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Rusiya Könüllülər Korpusunun komandiri, “Denis Nikitin” və “White Rex” təxəllüsləri ilə məşhur olan Denis Kapustini federal axtarışa verib.

DİN-in məlumat bazasından olan vəsiqədən məlum olur ki, Kapustin cinayət maddəsi ilə axtarışdadır. Ümumi şəkildə qeyd olunur ki, Kapustin barəsində terror aktı, terror təşkilatının fəaliyyətində iştirak və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə iş başlanıb.

Bundan əvvəl FSB Kapustini biznesmen və Tsarqrad telekanalının yaradıcısı, Ukraynaya qarşı müharibənin fəal tərəfdarı Konstantin Malofeyevə sui-qəsd cəhdində, martın əvvəlində Bryansk vilayətinin iki kəndinə hücumda, habelə 2022-ci ilin avqustunda Volqoqrad vilayətindəki neft-qaz obyektinə terror aktının təşkilində ittiham etmişdi.

“Rosfinmonitorinq” Kapustini ekstremistlər və terrorçular siyahısına əlavə edib.

Martın 6-da FSB Malofeyevə qarşı sui-qəsdin qarşısının alınması barədə məlumat verib. Təşkilat iddia edib ki, iş adamının avtomobilində əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Eyni zamanda, agentliklərin istinad etdiyi FSB hesabatına görə, hücumu Ukrayna xüsusi xidmət orqanları hazırlayıb. Nikitin də onların nəzarətində olduğunu bəyan edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol