Menu

Kreml Putinin Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib

27.03.2023, 15:50
Kreml Putinin Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib

Kreml Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfərinə hazırlıq görüldüyü ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.

Qeyd edək ki, Türkiyə KİV-i Putinin Türkiyəyə səfərinə hazırlıq getdiyi barədə məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol