“Azərbaycan həlqəni daraldır” -“Daşnaksutyun” sülhməramlıları “aktivləşməyə” çağırır

“Rusiya sülhməramlılarının vacib vəzifələri var ki, onların yerinə yetirilməməsi bugünkü vəziyyəti yaradıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü, qatı millətçi “daşnaksutyun” partiyasının təmsilçisi Qeqam Manukyan deyib.

“Daşnaksutyun” nümayəndəsi deyib ki, Azərbaycan Qarabağda getdikcə həlqəni daraldır. O, bildirib ki, bunun qarşısını almaq üçün Ermənistan hakimiyyəti Qarabağdakı Rusiya sülhməramlılarını daha aktiv fəaliyyətə təhrik etməlidir. 

Onun fikrincə, Ermənistan təkcə təbliğatla, bəyanatlarla kifayətlənməməli, “kölgə və kabinet işləri” apararaq, sülhməramlıları aktivləşdirməlidir. Yəni, hansısa kirli mexanizmlərdən istifadə etməklə Qarabağdakı sülhməramlıları “şirnikləndirmək” lazımdır. Məlum məsələdir ki, burada söhbət korrupsiya da daxil olmaqla çoxsaylı çirkli mexanizmlərdən gedir.

Əslində, Manukyanın dediklərində yeni bir şey yoxdur və ermənilər əsrlər boyu rusları məlum yollarla “şirnikləndirməklə” məşğul olublar və Azərbaycana, Türkiyəyə qarşı qaldırmağa çalışıblar. Bu çirkin siyasət elə 1-ci Qarabağ müharibəsinin nəticələrində, Xocalı soyqırımında, ərazilərimizin işğalında kifayət qədər əhəmiyyətli rol oynayıb.

Lakin Azərbaycanın güclənməsi, 44 günlük müharibənin nəticələri, Rusiyanın hazırda düşdüyü durum və Azərbaycan-Türkiyə birliyi ermənilərin planlarını reallaşdırmağa imkan vermir.

Cəlal

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar