Ölkənin gələcək elmi potensialının gücləndirilməsi üçün nə etməliyik?

Etibar ƏLİYEV, millət vəkili

Ümummilli Lider Heydər Əliyev: "Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir".

27 mart Elm Günüdür. Bu münasibətlə xeyli maraqlı yazılara rast gəldik. Azad Mirzəcanzadə başda olmaqla dünyasını dəyişmiş nəhəng alimlərimizi xatırladıq. İndi əməkdə olan tanınmış alimlərimizin (ifadə Aziz Sancara məxsusdur) adlarını sadaladıq. 

Elmimizin indiki durumu qənaətbəxşdirmi? Ayaqlaşa bilirikmi? Ayaqlaşa bilmərik...

İlk növbədə elmə ayrılan vəsait çox azdır və bu vəsaitlə laboratoriyalar yaratmaq, cihaz və avadanlıqlar almaq mümkün deyil. Ayrılan vəsaitin fonunda elm sosial funksiyanı yerinə yetirir. Dünyasını dəyişmiş alimlərimiz elmi məktəblər yarada bilmədilər. A. Mirzəcanzadə istisna olmaqla onların kitablarına rast gəlmirik. Pakistanlı Fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salam bütün vəsaitini pakistanlı gənclərin elmə cəlb olunmasına xərclədi və 300-dən çox fizik və riyaziyyatçı yetişdirdi. Ötən gün Aziz Sancarın tələbələri ilə bir fotosunu paylaşmışdım. Tələbələrindən 6 nəfəri çinli idi. Bir nəfər azərbaycanlı tələbənin olması bizə böyük sevinc bəxş edə bilərdi. Xaricdə çalışan istedadlı alimlərimizin Vətənə dönməsi ilə bağlı proqram işlənməlidir. Onların təqaüdə çıxmalarını gözləməməliyik. Mənim tanıdığım, kifayət qədər sanballı alimlər elmə töhfələr vermək üçün nəzərə alınmırlar. Onları küsülü görürük.

Ölkənin gələcək elmi potensialının gücləndirilməsi üçün nə etməliyik? 

- Təbiət və fundamental elmlər sahəsində İstedadları seçib dünyanın məşhur universitetlərində təhsil almalarına şərait yaradılmalıdır;

- Onların məzun olduqdan sonra ölkəyə qayıdışı və yüksək əməkhaqqı ilə təmin olunması çox vacidbir;

- Ölkədə İnfomasiya Texnologiyaları istiqamətində "Silikon vadisi"nin yaradılması günün tələbi olmalıdır;

- Ölkəyə qayıdan və universitetlərdə işləyən tanınmış alimlərimizin gənclərlə mütəmadi görüşləri təşkil olunmalıdır, televiziyalar qapılarını onların üzünə açmalıdır;

- Elmin populyarlaşdırılması istiqamətində ciddi işlər görülməlidir;

- Elmi ədəbiyyatların "Tərcümə mərkəzi" yaradılmalıdır;

- "İstedadlıların heç biri kənarda qalmamalıdır!" Dövlət proqramı qəbul olunmalıdır. 

- Aparıcı ali məktəblərin birinin nəzdində gələcəyin ixtisaslarının təhlili mərkəzi yaradılmalı və tədris proqramlarına yenidən baxılmalıdır;

- İnformasiya texnologiyaları sahəsində məkrli qonşularımıza uduzmaq haqqımız yoxdur. Bu istiqamətdə səfərbərliyə böyük ehtiyac var və bu iş dövlətin birbaşa diqqət mərkəzində olmalıdır.

635x100

Şərhlər

prof. Rasim Məmmədov 2023-04-28 03:26:17

Dünya miqyasında indiyə kimi elmə məlum olmayan dəyərli fundamental elmi yenilik (Elmi Kəşf) aşkar etmək ümidi ilə aparılan elmi-tədqiqat işlərinə milyardlarla dollar vəsait xərclənir. Elm və texnikanın müntəzəm inkişafı fonunda Beynalxalq aləmdə aparılan geniş üzvi əlaqəli və bir-birini tamamlayan mükəmməl tədqiqatlar nəticəsində Azərbaycan Elmi Yeniliyi bir “möcüzə” kimi aşkar edilmişdir. Onu dəyərləndirən cəhətlərdən biri də, aşkar olunduğu metal-yarımkeçirici kontaktların üç istiqamətdə - düzləndirici keçidlər, omik elektrik kontakları və yarımkeçirici materialların fiziki parametrlərinin təyini vasitəsi kimi tətbiq imkanlarına malik olmasıdır. Bunların hər birinə aid olan Azərbaycan Elmi Yeniliyi əsasında meydana çıxan yeni elmi təfəkkürün formalaşması hesabına konnstruktiv-texnoloji şəraiti rasionallaşdırmaqla, mövcud olan müxtəlif təyinatlı diskret element və inteqral sxem komponentlərinin təkmilləşdirilməsi ilə yanaşı, onların yeni sinif və növlərinin yaradılmasına imkanlar açılmışdır. Ölkəmizin durmadan artan qüdrəti və nüfuzu fonunda, özünün mülkiyyətçisi olduğu samballı Elmi Yeniliyə ehtiyac duyulan Elm, Təhsil və İnnovativ İstehsal Müəssisələrində lazımi diqqət yetirilməsinə və yetizdirilməsinə ciddi zərurət yaranmısdır.

prof. Rasim Məmmədov 2023-04-17 03:23:23

Azərbaycan Elmi Yeniliyi əsasında icad edilmiş “Yeni Növ Alternativ Cərəyan Mənbəyi”, bilavasitə təmasda olduğu hava, su və bərk mühitin asan bərpa olunan təbii istilik enerjisini elektrik enerjisinə çevirməklə, ölkəmizdə və xarici ölkələrdə aktual məsələlərdən biri olan “Yaşıl Enerji Mənbələri”nin sürətli inkişafına samballı töhfə verir. Sadə konstruktiv quruluşa malik bu Alternativ Cərəyan Mənbəyi mənsub olduğu elektrik cihazlarında və qurğularında bir detal kimi yerləşdirilir və öz qida mənbəyi funksional fəaliyyətini fiziki olaraq sıradan çıxana kimi saxlayır. İnsan fəaliyətinin bütün sahələrinə aid elektrik işlədicilərində cərəyan qida mənbəyi olaraq geniş tətbiq imkanlarına malikdir. Diqqət çəkən haldır ki, Amerikanın Vaşinqton Universitetinin mətbuata verdiyi məlumata görə onların alimləri dünyada ilk dəfə olaraq adaptersiz (batareyasız) telefon icad ediblər, bu “sirli” mobil cihaz laboratoriada sınaq mərhələsindədir.

prof. Rasim Məmmədov 2023-04-14 21:47:00

Elmi potensialın yüksəldilməsində böyük əhəmiyətə malik olan mövcud elmi nailiyətlərin populyarlaşdırılmasının vacib rol oynadığını nəzərə alaraq, Sizin rəhbərliyinizlə Azərbaycanda Elmin Populyarlaşdırılması Mərkəzinin yaradılması təqdirəlayiq haldır. Populyarlaşdırılmış mühüm elmi yeniliklərin aidiyyəti olduğu Elm-Təhsil-İstehsal sahələrində tətbiqi məsələlərinin rasional həll edilməsi zərurəti də diqqətdən yayınmamalıdır. Əldə edilən mühüm elmi nailiyyətin dəyəri yüksək olduqca onun həm populyarlaşdırılmasına, həm də tətbiqinə qarşı obyektiv və subyektiv müqavəmətlərin artması həqiqəti nəzərə alınmalıdır. Elektron Texnikasının bütün qurğularının diskret element və inteqral sxem komponentlərində aşkar edilmiş, beynalxalq aləmdə qəbul edilən Azərbaycan Elmi Yeniliyi Bərk cisimlər, Yarımkeçiricilər, Yarımkeçirici cihazlar, Nazik lövhələr, Səth fizikaları, Nanofizika, Mikroelektronika, Nanoelektronika, Fotoelektronika, Bioelektronika, Energetika, Materialşünaslıq və digər Elmi-Texniki sahələrdə yeni istiqamətlərin açılmasının elmi əsasını yaratması Ölkəmizdə Elmi Potensialın yüksəldilməsinə müsbət təsir göstərə biləcəyinə əminlik yaradır.

Roma 2023-04-07 21:41:07

prof. Rasim Məmmədov adı ilə yazana: Hörmətli Professor Sizin "marağlı" şərhlərinizi tam oxumasamda, demək istəyirəm ki, təkrarları saymadan, 6 dəfə şərh yazmısınız və hər şərhinizin də ölçüsü demək olar ki, elə məqalə boydadır, belə həvəslisinizsə elə özünüz məqalə yazmanız "məsləhətdir"...

prof. Rasim Məmmədov 2023-04-07 03:38:22

Fundamental elmi yenilik olan Fizika üzrə Elmi Kəşflərin aşkar edilməsində tədqiqatçıların normal biliyi, təfəkkürü, diqqəti və məsuliyyəti kimi xüsusiyyətləri mühüm rol oynayır. Ən yüksək dəyərə malik olan Nobel mükafatı, inqilabi inkişafi təmin edə biləcək faydalı kəşf və ixtira müəlliflərinə verilməsi nəzərdə tutulur. Fəalyyəti tarixində böyük uğurlar qazanan alimlərə bu mükafatın verilməməsinə baxmayaraq, elmi potensialın yüksəldilməsi mövcud böyük elmi yeniliklərdən məqsədyönlü geniş istifadə olunması hesabına baş verir ki, bu da müasir İKT imkanları ilə təmin oluna bilir. Cənnət-məkan ölkəmizdə Azərbaycan Elmi Yeniliyinin geniş innovativ tətbiq imkanlarından Elm – Təhsil – İstehsal sahələrində məqsədyönlü istifadə olunmasının səmərəli təşkili üçün müvafiq “Qanun bazası” hazırlanmasına ehtiyac vardır. Çünki, Azərbaycan Elmi Yeniliyinə ABŞ və Avropa alimlərinin, Keldş, Osepyan, Litovçenko, Fistul və digər Rusiya akademiklərinin pozitiv münasibətləri, Yenilik müəlliflərinin ABŞ-a ailəvi daimi yaşamaq üçün dəvət olunması, müntəzəm olaraq “Nanotexnologiya”, “Yarımkeçiricilər”, “Alternativ Enerji” və digər Beynalxalq Konqreslərdə məruzə etməyə təkidlə çağırılması, Yaponiya, Hindistan, Koreya və digər xarici ölkə alimlərinin Bakıda əməkdaş olmaq istəkləri ölkəmizin elmi potensialının lazımı səviyyədə olmasındam xəbər verir.

prof. Rasim Məmmədov 2023-04-07 03:32:42

Fundamental elmi yenilik olan Fizika üzrə Elmi Kəşflərin aşkar edilməsində tədqiqatçıların normal biliyi, təfəkkürü, diqqəti və məsuliyyəti kimi xüsusiyyətləri mühüm rol oynayır. Ən yüksək dəyərə malik olan Nobel mükafatı, inqilabi inkişafi təmin edə biləcək faydalı kəşf və ixtira müəlliflərinə verilməsi nəzərdə tutulur. Fəalyyəti tarixində böyük uğurlar qazanan alimlərə bu mükafatın verilməməsinə baxmayaraq, elmi potensialın yüksəldilməsi mövcud böyük elmi yeniliklərdən məqsədyönlü geniş istifadə olunması hesabına baş verir ki, bu da müasir İKT imkanları ilə təmin oluna bilir. Cənnət-məkan ölkəmizdə Azərbaycan Elmi Yeniliyinin geniş innovativ tətbiq imkanlarından Elm – Təhsil – İstehsal sahələrində məqsədyönlü istifadə olunmasının səmərəli təşkili üçün müvafiq “Qanun bazası” hazırlanmasına ehtiyac vardır. Çünki, Azərbaycan Elmi Yeniliyinə ABŞ və Avropa alimlərinin, Keldş, Osepyan, Litovçenko, Fistul və digər Rusiya akademiklərinin pozitiv münasibətləri, Yenilik müəlliflərinin ABŞ-a ailəvi daimi yaşamaq üçün dəvət olunması, müntəzəm olaraq “Nanotexnologiya”, “Yarımkeçiricilər”, “Alternativ Enerji” və digər Beynalxalq Konqreslərdə məruzə etməyə təkidlə çağırılması, Yaponiya, Hindistan, Koreya və digər xarici ölkə alimlərinin Bakıda əməkdaş olmaq istəkləri ölkəmizin elmi potensialının lazımı səviyyədə olmasındam xəbər verir.

prof. Rasim Məmmədov 2023-04-03 20:00:03

Fizika üzrə Elmi Kəşflərdən insanlara ən çox fayda verəni “Tranzistor effekti” Elmi Kəşfi hesab edilir. Yarımkeçirici kristalda elektrik siqnallarının güclənməsi adlı bu Elmi Kəşf, İlk dəfə ABŞ alimləri tərəfindən, adi üsulla səthinə iki düzləndirici qızıl nöqtəvi kontakt qoyulan yarımkeçirici germanium lövhəciyindən ibarət üçelektrodlu elementdə aşkar edilmişdir. Belə ki, 2-ci Dünya müharibəsindən sonra elektron cihazlarının həcminin və çəkisinin kiçildilməsi problemini həll etmək üçün ABŞ prezidentinin sərəncamı ilə Triod vakuum lampasını əvəz edə bilən Kristal Triod (Tranzistor) hazırlamalı olan Komissiya yaradılmışdır. Bu Komissiyanın üzvü V.Bratteyn germanium lövhəciyinin səthindəki bir qızıl nöqtəvi kontaktın elektrik keşiriciliyini adi üsulla ölçərkən, ona çox yaxın yerləşən digər qızıl nöqtəvi kontaktın elektrik dövrəsindəki ölçü cihazının əqrəbinin gözlənilməz cuzi tərpənişindən ciddi təəccüblənməklə yeni fiziki hadisəni kəşf etmişdir. 1948 – ci ildə "New York Times" qəzetində Tranzistorun kəşfi barədə verilən məlumat, dünya alim və mühəndislərinin kütləvi olaraq bu istiqamətə yönəlməsinə və ucuz yarımkeçirici silisium diyarı olan ”Silikon vadisi”ndə kiçik biznes qurmağa səbəb olmuşdur. Həcmi təqribən kiçik düymə boyda olan Tranzistorlu Elektronikanın stəkan həcmində olan Lampalı Elektronikanı əvəz etməsi məlum İKT möcüzələri yaratdı. Azərbaycan Elmi Yeniliyi yeni nəsl İKT üçün mühüm əhəmiyyət kəsb edir. Sağ olun.

prof. Rasim Məmmədov 2023-03-31 23:09:58

Elektrinikanın istisnasız olaraq bütün qurğularında diskret elementlər, mikro- və nanosxem komponentləri kimi isdifadə olunan Metal – Yarımkeçirici Kontaktlarda (MYK) Azərbaycan Elmi Yeniliyinin aşkar etdilməsi hesabına fizika və elelktronika sahələri çoxsaylı yeni elmi bilgilərlə zənginləşmiş və geniş funksional imkanlara malik yeni sinif diskret yarımkeçirici cihazların və inteqral sxemlərin hazırlanmasına imkan yaranmışdır. Müasir fizika elminə gətirilən və beynalxalq aləmdə qəbul edilən yeni fundamental elmi bilgilərdən bir qismini lokanik olaraq diqqətinizə çatdırıram: real MYK-nın fuksional xüsusiyyətlərini müəyyən edən kontakt səthinin faktiki qeyri-bircins və məhdud olması hesabına Əlavə Elektrik Sahəsi (ƏES) yaranır; real MYK üzvi əlaqəli fərqli iki potensial çəpərli energetik quruluşa malik olur; real MYK diodlarda düz və əks cərəyan fərqli xarakterli termoelektron emissiya mexanizmi ilə təyin olunur və doyma cərəyanları hətta bir neçə tərtib fərqlənə bilir; real MYK diodların xarakterik vaxtındanəvvəl elektriki deşilmə hadisəsi məlum dörd mexanizmdən fərqli mexanizm ilə müəyyən edilir; real MYK diodların xarakterik termo-, foto-, tenzoelektrik və elektrofiziki parametrləri kontakt materiallarının təbiətilə yanaşı, kontakt səthinin forma və ölçülərindən, konstruktiv-texnoloji və klimatik parametrlərdən asılı olur və s. Sağ olun.

prof. Rasim Məmmədov 2023-03-30 01:35:57

Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Elmi Yeniliyi əsasında “Əlavə elektrik sahəli MYK fizikası və elektronikası” adlı yeni Elmi - Tədqiqat İstiqaməti açılmış, yeni elmi təfəkkür formalaşdıran “Контакты металл-полупроводник с электрическим полем пятен. Bakı, БГУ, 2003, 231с.” adlı ilk və yeganə monoqrafiya çap edilərək ödənişsiz onlain istifadə üçün İnternetdə yerləşdirilmiş, ölkəmizdə və xaricdə (Rusiya, Ukrayna, Belarus və s.) fəlsəfə və elmlər doktorluq dissertasiyaları müdafiə olunmuş, yüksək İmpakt Faktorlu xarici Jurnnallarda çoxsaylı məqalələr dərc edilmiş, Beynalxalq Elmi Konfranslarda çoxsaylı məruzələr dinlənilmiş, ixtiralara patentlər alınmış, informativ elmi kliplər çəkmiş, mühüm elmi yeniliklər xarici İnternet Saytlarında yayımlanmışdır. Ətraf mühitin istilik enerjisini elektrik enerjisinə çevirən və fiziki sıradan çıxana kimi funksional imkanlarını saxlayan yeni növ “Yaşıl Enerji” Mənbəyi icad edilmiş və nəhəng İKT Qurğularının “TMBS rectifier” tipli yüksəkamperli Cərəyan Qida Mənbələrində səciyəvi qeyri-tarazılıq halları aşkara çıxarılmışdır. Sağ olun.

prof. Rasim Məmmədov 2023-03-28 22:30:48

Beynalxalq aləmdə böyük maraq doğuran, Fizika üzrə Elmi Kəşf adlı Azərbaycan Elmi Yeniliyinə aid geniş informativ material əsasında Rusiya Fedarasiyasının alim - mütəxəssisləri tərəfindən “Явление дополнительного электрического поля” adlı Audio-Video Klip hazırlanaraq, 2012-ci ildə populyar İnternet Saytlarında (www.chipdip.ru; www.youtube.com ; www.facebook.com/chipidip; http://vk.com/chipidip və s.) yerləşdirilib və indiyyə kimi müasir Elektron Sənayesi sahələrində mühüm Elmi Yenilik olaraq nümayiş etdirilir.

prof. Rasim Məmmədov 2023-03-28 22:13:54

Beynalxalq aləmdə böyük maraq doğuran, Fizika üzrə Elmi Kəşf adlı Azərbaycan Elmi Yeniliyinə aid geniş informativ material əsasında Rusiya Fedarasiyasının alim - mütəxəssisləri tərəfindən “Явление дополнительного электрического поля” adlı Audio-Video Klip hazırlanaraq, 2012-ci ildə populyar İnternet Saytlarında (www.chipdip.ru; www.youtube.com ; www.facebook.com/chipidip; http://vk.com/chipidip və s.) yerləşdirilib və indiyyə kimi müasir Elektron Sənayesi sahələrində mühüm Elmi Yenilik olaraq nümayiş etdirilir.

2+2=4 2023-03-28 10:10:59

Çox iddialı başlıqdı...belə iddia ilə müzakirə açmaq tanınmış, görkəmli elm adamlarına yaraşar....)))) sıravi elmi işçilər isə ən yaxşı halda problemin ayrı-ayrı aspektləri, onların həll istiqamətlri üzrə......hamının gördüyü, bildiyi, hamıya məlum olan problemlərin sadalanması nə etməli sualına cavab deyil......Azərbaycanda elmin inkişafının problemləri olduqca çox və sistem xarakterlidir....bunu da hamı görür və hamı bilir....100 qoyunun qabağında bir aslan – bir vəziyyətdir, 100 aslanın qabağında bir qoyun başqa vəziyyət......baxın ölkədə formalamış elmi mühitin vəziyyətinə - institutlarda keçirilən elmi-seminarların səiyyəsinə, müzakirə olunan mövzulara; dissertasiya şuralarında edilən müdafiələrin səviyyəsinə, hazırlanan illik hesabatların və yazılan məqalələrin səviyyəsinə......bütün bunlar isə ölkədə elmi mühitin səviyyəsini fomalaşdırır. ...Məsələ elmə ayrılan maliyyədə deyil, indiki vəziyyətdə elmə 2-3 dəfə artıq vəsait ayrılsa belə müsbət istiqamətə heç nə dəyişməyəcək......”Silikon vadisi” Pentaqonun layihəsidir, indi də bu layihə davam edir......fantastik məbləğlər konkret layihələrə, konkret nəticələrə ayrılır...indi isə baxın bizim elm fondunun fəaliyyətinə.... elə mövzulara, elə tədqiqat işlərinə böyük həcmdə vəsait ayrılır ki, adam bilmir gülsün, yoxsa ağlasın....)))))))))))))))))))

Həmidov 2023-03-28 08:05:06

bunun üçün ilk öncə Akademiyanı Naxçıvan klanından təmizləmək və ,kormuşkalıqdan şıxarmaq vacibdir.Akademiya yarıtmaz siyasət işlətindən kənarlaşdırılmalıdır.AMEA sırf elm ocağına çevrilməlidir.Ayrıseçkilik elmi bərbad edib.

prof. Rasim Məmmədov 2023-03-28 04:17:47

Etibar müəllim Salam. Maraqlı təklifləriniz üçün təşəkkür edirəm. Məlumat olaraq bildirirəm ki, Fizika üzrə Elmi Kəşf kimi Azərbaycan Elmi Yeniliyinin müəllifləri İsveç Krallığının Elmlər Akademiyasının təqdimatı ilə Fizika üzrə Nobel Komitəsinin dəvətilə 2020 və təkrar 2023 -cü il Nobel Mükafatı Müsabiqəsində iştirak etmiş və edirlər. Sağ olun.

prof. Rasim Məmmədov 2023-03-28 04:08:15

Etibar müəllim Salam. Maraqlı təklifləriniz üçün təşəkkür edirəm. Məlumat olaraq bildirirəm ki, Fizika üzrə Elmi Kəşf kimi Azərbaycan Elmi Yeniliyinin müəllifləri İsveç Krallığının Elmlər Akademiyasının təqdimatı ilə Fizika üzrə Nobel Komitəsinin dəvətilə 2020 və təkrar 2023 -cü il Nobel Mükafatı Müsabiqəsində iştirak etmiş və edirlər. Sağ olun.

Son yazılar