Menu

Haqqında həbs qərarı çıxarılan Netanyahu Avropaya səfər edib – Orbanla görüşüb

03.04.2025, 11:37
Haqqında həbs qərarı çıxarılan Netanyahu Avropaya səfər edib – Orbanla görüşüb

İsrail Baş naziri Benyamin Netanyahu barəsində beynəlxalq həbs qərarı olmasına baxmayaraq, Macarıstana səfər edib.

“AzPolitika” xəbər verir ki, 4 günlük rəsmi səfər Macarıstan Baş Naziri Viktor Obanın dəvəti əsasında gerçəkləşib.

Xatırladaq ki, Qəzzada törətdiyi qırğınlar səbəbindən noyabrda haqqında həbs qərarı verildikdən bir neçə saat sonra Orban Netanyahunu qəbul etmək üçün məhkəmə qərarına qarşı çıxa biləcəklərini bildirmişdi.

“BCM-nin qərarının “Macarıstana heç bir təsiri olmayacaq”, -deyə həmin vaxt Orban jurnalistlərə açıqlamasında qeyd etmişdi.

Xatırladaq ki, bu, Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Qəzzada hərbi cinayətlər törətdiyi üçün haqqında həbs qərarı çıxarmasından sonra Avropaya ilk səfəri idi.

“AzPolitika.info”

Şərhlər

B.Kolxozdar 2025-04-03 15:17:26

*Gözlə görünməz* cinayətkar Vəzifəli şəxsiyyətlər haqda icra olunmayacaq Beynəlxalq hüquqi qanunlar nasizmə qarşı formalizm olaraqmı verilirmiş?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol