Almaniya hökuməti yaxın illərdə Ukraynaya hərbi yardım üçün xərclərini bir neçə dəfə artırmağı planlaşdırır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Berlin bu yardımların həcmini 3 milyard avrodan 15 milyard avroya qədər artırmaq istəyir. Nəşr yazır ki, Almaniyanın büdcə komitəsinin üzvlərinin bu təşəbbüsü dəstəkləyəcəyi gözlənilir. Çünki Almaniya parlamentindəki hazırkı partiyalararası çoxluq Ukraynanın lehinədir.
Xəbərə görə, Almaniya Ukraynanı zenit müdafiə qurğuları, zirehli maşınlar, silah-sursatla dəstəkləməyi planlaşdırır.
“Der Spiegel” yazır ki, Berlin cari maliyyə ilində təhlükəsizlik, müdafiə və sabitliklə bağlı tərəfdaş ölkələrin modernləşdirilməsi üçün 2,2 milyard avro vəsait ayırıb. Bu vəsaitin əsas hissəsi Ukraynaya silah tədarük etmək üçün xərclənilir. Həmçinin qeyd olunur ki, bu il sözügedən məbləğ daha 3,2 milyard avro artırılmalıdır. Bundan əlavə, Almaniya hökumətinin növbəti illərdə 8,8 milyard avro vəsait ayıra biləcəyi vurğulanır.
“AzPolitika.info”


Şərhlər
Almaniya bu fürseti elden vermez,diger dövletler de o cümleden .SSRİ kimi anormal bir dövlet yaradıb dünyada mizan terezini pozan ruslardan intiqam almaq üçğn Ukrayna telesinde gözel fürset olmayacaq.