Avropa İttifaqı ölkələrinin idxal etdiyi balın təxminən yarısı, başqa sözlə, tədarükün 46 faizi standartlara uyğun gəlmir.
Xezerxeber.az məlumat verir ki, bu barədə Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzi məlumat yayıb.
Azərbaycanlı arıçılar isə deyirlər ki, əgər ölkəmizdə istehsal olunan bal Avropa bazarına çıxarsa, geniş alıcı kütləsi qazanar. Çünki, yerli məhsulumuzun keyfiyyəti olduqca yüksəkdir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə deyildi ki, Avropa İttifaqı ölkələrinə heyvan mənşəli məhsulların ixracı üçün 3 mərhələli təsdiq-qeydiyyat sistemi tətbiq olunur. Məhsulu Avropa bazarında satmaq istəyən fermerlər bu tələbləri qarşılamalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Şərhlər
Qadağa qoyulmalıdır, bir azdan Kəlbəcər balı gələcək. Acgöz monopolistlər balın hamısını alıb xaricə satar.
Nəinki, bal? Azərbaycandan əsrlər öncə ərəb ölkələrinə karvanlarla, avropaya qatarlarla sorğular üzrə satılan məhsul çeşidləri və onlara texniki tələbatlar yoxdur? İnsan hüquqlarımız da-ən azı qarabağ ermənisinin hüquqları yerli və ya ermənistandan *təmizlənmiş* azərbaycanlıların hüququndan üstün tutulur?
Yaxşı ki,çıxmır.Hələ çixmır,amma millət ilə bir kilo ğüçlə alır.Çıxsa yəqin ancaq balın şəklinə baxar.
Ona görə ki, ölkədən çıxarılan hər hansı bir mal üçün gömrük əlavə ödəniş də tələb edir.