Rusiyada məmurlar hər hansı bir xarici ölkəyə səfər edən zaman “ikili icazə” almaldırlar – yuxarı rəhbərlikdən və müdirlərindən.
“AzPolitika.info” xəbər verir ki, bu barədə hökumət rəsmilərinin “The Moscow Times” nəşrinə verdikləri məlumatda deyilir.
Məlumata görə, FSB ölkəni tərk etmək üçün icazə alan şəxslərin siyahısını hazırlayır.
Həmçinin qeyd olunur ki, Putin bəzən özü bu siyahıları gözdən keçirərək, kimin xaricə hansı məqsədlə getdiyini müəyyən etməyə çalışır.
“AzPolitika.info”


Şərhlər