Rusiyada ötən 20 ildən sonra ilk dəfə 2022-ci ildə qətllər və adam öldürməyə cəhd hadisələrinin sayı dörd faiz artıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Travmpunkt” hüquqşünaslar assosiasiyasınınBaş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və regional məhkəmə departamentlərinin rəsmi məlumatlarına istinadən hazırladığı hesabatında bildirilir. Müəlliflər hesab edirlər ki, bu artımın səbəblərindən biri Ukraynaya qarşı müharibə ola bilər.
“Kommersant” qəzetinin diqqət çəkdiyi hesabat zorakılıq cinayəti qurbanlarının müdafiəsi üzrə ixtisaslaşmış hüquqşünaslar tərəfindən hazırlanıb. Hüquqşünasların sözlərinə görə, dünya təcrübəsi göstərir ki, hərbi əməliyyatlar istər-istəməz onların birbaşa iştirakçılarına və münaqişə zonasındakı mülki şəxslərə təsir edir.
Son 20 il ərzində Rusiyada qətllərin və adam öldürməyə cəhdlərin sayında azalma müşahidə olunur: 2002-ci ildə 32 000 hadisə baş veribsə, 2021-ci ildə bu rəqəm 7 332-yə qədər düşüb. 2022-ci ildə azalma fonunda, Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətlərin, qətllərin və adam öldürməyə cəhdlərin ümumi sayı dörd faiz artıb.
Hesabat müəllifləri diqqəti müharibə zonasına yaxın ərazilərdə qətllərin və adam öldürməyə cəhdlərin sayının əhəmiyyətli dərəcədə artmasına yönəldirlər. Belə ki, Belqorod vilayətində qeydə alınmış qətl və cəhdlərin sayı 2021-ci illə müqayisədə 52-dən 102-yə, Kursk vilayətində 58-dən 89-a yüksəlib.
Lakin tədqiqatçılar Buryatiya və Moskva da daxil olmaqla coğrafi cəhətdən müharibə zonasına bitişik olmayan bir sıra bölgələrdə qətllərin və sui-qəsd cəhdlərinin sayının artdığını aşkar ediblər.
Hesabat müəllifləri qətllərin, adam öldürməyə cəhdlərin və məişət zorakılığının təzahürlərinin sayının artmasını birbaşa və ya dolayısı ilə hərbi münaqişə ilə bağlı bir neçə faktorla izah edirlər. Beləliklə, onlar alkoqol istehlakının artdığını qeyd edir və İraqda, Əfqanıstanda döyüşən Amerika əsgərlərinin aid fenomenin yayıldığını bildirirlər.
Hesabat müəllifləri döyüşçülər və xəsarət alan mülki şəxslər arasında zorakılığın artmasının başqa bir səbəbi, müharibədən sonra onilliklər ərzində özünü göstərə bilən posttravmatik stress pozğunluğu sindromunu (TSSB) adlandırırlar.
Rasim
“AzPolitika.info”


Şərhlər