Menu

“İndiki mərhələdə “F-16” kömək etməyəcək...” - Ostin Ukraynaya lazım olan silahları açıqladı

29.03.2023, 14:33
“İndiki mərhələdə “F-16” kömək etməyəcək...” - Ostin Ukraynaya lazım olan silahları açıqladı

“İndi ukraynalıların əsas tələbatı hava hücumundan müdafiə silahları ilə bağlıdır. Bu, döyüş meydanında kritik dərəcədə lazımlıdır. Onlara eləcə də uzaq məsafəli silahlar və zirehli texnika lazımdır”. 

“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Lloyd Ostin abş Senatındakı dinləmələrdə söyləyib.

Ostin deyib ki, hazırkı mərhələdə Ukrayna Ordusunun daha çox məhz yuxarıda sadalanan silahlara ehtiyacı var, hərbi təyyarələrin verilməsi isə bir qədər vaxt aparacaq: “F-16 qırıcılarına gəlincə, belə bir qərar qəbul olunsa, bu imkanın təmin edilməsinə təxminən 18 ay vaxt lazım olacaq. Lakin bu, müharibənin indiki mərhələsində ukraynalılara kömək etməyəcək”.

Ostin deyib ki, ümumilikdə ABŞ tərəfindən Ukraynaya hərbi təyyarələrin verilməsi mümkündür və bunlar “F-16”, yaxud hansısa başqa təyyarələr ola bilər.

Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə naziri 2023-cü ilin yazında Ukraynanın uğurlu əks-hücum əməliyyatı keçirmək üçün yaxşı şansının olduğunu bildirib.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol