"Gülləni bədənindən evdə çıxarmışdılar" - Fazil Mustafanın xanımı DANIŞDI

Ötən gün yaşadığı evin qarşısında terrora məruz qalaz Milli Məclisin deputatı Fazil Mustafanın son durumu açıqlanıb.

Bu barədə Lent.az-a danışan deputatın həyat yoldaşı Zülfiyyə xanım bildirib ki, həkimlər sağlıq durumu ilə əlaqədar hələlik onun ayılmasını istəmirlər: “Qanaxması olduğu üçün Fazil Mustafa bu gün yenidən əməliyyat olundu. Hazırda durumu ilə bağlı dəqiq heç nə bilmirik. Amma həkimlər hələlik ayılmamasını məsləhət bilirlər”.

Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib: “İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı”.

Xatırladaq ki, 2023-cü ilin martın 28-i saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar