“ABŞ və müttəfiqləri Türkiyə-İsrail-Azərbaycan xətti ilə təmaslarını gücləndirilməlidir” – Ramiz Yunus

“ABŞ və onun müttəfiqlərinin İranın nüvə ambisiyalarının ciddi şəkildə məhdudlaşdırılmasınin yolu Azərbaycanın Cənubi Qafqaz regionunda hərbi-siyasi və iqtisadi mövqelərinin möhkəmlənməsindən kecir. Bunun üçün regionun coğrafi xəritəsinə baxmaq kifayətdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan azərbaycanlı, tanınmış siyasi təhlilçi Ramiz Yunus bildirib.

“Ona görə də ABŞ və onun əsas müttəfiqləri Türkiyə-İsrail-Azərbaycan xətti ilə bütün səviyyələrdə təmaslarını gücləndirilməlidir”, - ekspert əlavə edib.

R.Yunus vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzü ABŞ-ın Sovet İttifaqın dağılmasından sonrakı 30 il ərzində bütün səhvlərini açıq şəkildə ortaya qoydu: “Köhnə səhvləri təkrarlamağı dayandırmağın vaxtı çatıb və gec-tez həm ABŞ Dövlət Departamenti, həm də Avropanın əsas siyasi mərkəzləri bunu anlamalı olacaqlar. Amerika yazıçısı Kurt Vonnequtun dediyi kimi: “Tarixin dərslərinə etinasız yanaşanlar onu təkrarlamağa məhkumdurlar”.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar