"Yelo Bank" kəndlərdə futbolun inkişafına dəstək olur!

"Yelo Bank" “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsində aktiv iştirakını davam etdirir. Bank bu dəfə Şəmkir, Gədəbəy və Göygöldə məktəblilərə dəstək göstərib. Layihə çərçivəsində tədbirdə iştirak edən 100-ə yaxın məktəbli onlara hədiyyə edilmiş Yelo formalarında öz idman bacarıqlarını nümayiş etdiriblər. Dəstək göstərilən məktəblilər arasında şəhid və qazi ailələrindən uşaqlar da iştirak edib.

"Yelo Bank" AFFA və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən bu layihəyə iki ilə yaxındır ki, dəstək olur. 

Xatırladaq ki, bundan öncə Bank layihə üzrə Cocuq Mərcanlı, Ağdaş, Gəncə, Goranboy və Türkan qəsəbəsində ümumi 200-dən çox məktəbliyə Yelo formaları hədiyyə edib. Bu ilin sonunadək layihənin digər bölgələrdə də reallaşdırılması planlaşdırılıb. Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

"Yelo Bank" – Parlaq bankçılıq!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar