Menu

Ermənistanda nə qədər yoxsul var? - Rəsmi rəqəmlər

18.11.2014, 15:25

ermənistanNoyabrın 18-də Ermənistanın Milli Statistika Xidməti yoxsulluğun səviyyəsi ilə bağlı yeni rəqəmlər açıqlayıb. “Media forum” saytının məlumatına görə, açıqlamada deyilir ki, 2013-cü ildə ölkədə yoxsulluq göstəricisi 2012-ci ilə müqayisədə 4% azalaraq 32% olub. Hesablamaya görə, 2013-cü ildə Ermənistanda 967 min yoxsul qeydə alınıb.

Ermənistanın Milli Statistika Xidmətinin şöbə müdiri Diana Martirosova qeyd edib ki, çox yoxsul vətəndaşların sayı 402 min, hədsiz yoxsul vətəndaşların sayı 82 mindir.

Hesabat 48 şəhərdə və 200 kənddə 5 min 184 ev təsərrüfatında aparılmış tədqiqatın nəticələrinə əsaslanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol