Menu

"İsraildə səfirliyin açılışı əlaqələrimizin gücləndirilməsinə mühüm töhfələr verəcək" - Mikayıl Cabbarov

29.03.2023, 19:17
"İsraildə səfirliyin açılışı əlaqələrimizin gücləndirilməsinə mühüm töhfələr verəcək" - Mikayıl Cabbarov

Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verəcək.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Tviter" hesabında yazıb.

"Dostluq və qarşılıqlı etimad kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail münasibətləri birgə təşəbbüslərlə daha da zənginləşir",- nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol