Menu

Neymar kazinoda 2 saata 1 milyon avrodan çox pul uduzub

29.03.2023, 21:29
Neymar kazinoda 2 saata 1 milyon avrodan çox pul uduzub

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar onlayn kazinoda böyük məbləğdə pul uduzub.

"Report" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videoçarx yayılıb.

31 yaşlı hücumçu 2 saat ərzində 1 milyon avrodan çox pul itirib.

Qeyd edək ki, zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran forvard qumara olan marağı ilə diqqət çəkir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol