Putin sanksiyaların təsirini etiraf edib – “Daxili tələbatı artırmalıyıq”

Rusiya başçısı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına mənfi təsirini etiraf edib.

“AzPolitika.info” xəbər verir ki, bunu “RİA Novosti” agentliyi bildirib.

Xəbərdə qeyd olunur ki, hökumət üzvlərilə görüşündə Vladimir Putin ölkə daxilində tələbatın artırılmasının vacibliyini qeyd edib: “Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən qeyri-legitim məhdudiyyətlər orta perspektivdə doğrudan da neqativ təsir göstərə bilər. Bununla bağlı olaraq daxili tələbatın dayanıqlı inkişafını təmin etməyimiz vacibdir”.

Qeyd edək ki, bundan öncə Putin sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir etmədiyini, hətta bir çox sahələrdə daxili istehsalın inkişafına müsbət təsir etdiyini bildirmişdi. Ancaq məsələn, məşhur “The Wall Street Journal” bu günlərdə Rusiya iqtisadiyyatının getdikcə daha sürətlə böhrana doğru sürükləndiyinə dair geniş məqalə dərc edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar