Azərbaycan - çayın kofedən daha çox içildiyi ölkədir, bunu beynəlxalq araşdırmaların (World Resource Institute) nəticələri də təsdiqləyir. Ancaq dünyada məşhur olan bu içkinin idxalı ilə bağlı rəsmi məlumatlar onu deməyə əsas verir ki, kofe bizim rasionda demək olar yoxdur, yaxud pulsuzdur.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin birinci yarısında Azərbaycana xaricdən 110, min dollarlıq 27,9 ton qovrulmuş və qovrulmamış (kofeinli və kofeinsiz) kofe gətirilib. Bundan əlavə, istifadəyə hazır 589,6 min ton kofe idxal edilib, bu da gömrükdə 708,2 min dollar həcmində qiymətləndirilib. Beləliklə, 100 qram qovrulmuş və qovrulmamış kofe sərhəddə 39,6 sent, hazır kofe isə - 12 sentlə rəsmiləşdirilib.
Dövlətstatkoma görə, yanvar-oktyabrda həll edilmiş kofenin yüz qramı 3,72-3,68 manat olub. Brend markalar, yaşıl kofe isə daha bahadır.
"Turan"ın məlumatına görə, rəsmən Azərbaycana kofe Sinqapur (424,3 ton), Malayziya (79,2 ton), RF (23,6 ton), Türkiyə (21,7 ton), Tailand (5,4 ton) və başqa ölkələrdən gətirilir. Avropa ölkələrindən kofe idxal edilmir.
Dünyada adambaşına orta illik kofe istehlakı 1,3 kq təşkil edir. Rəsmi rəqəmlərə görə, Azərbaycanda bu göstərici 1 q-dır. World Resource Institute-un hesablamasına görə, bu rəqəm 140 qramdır.
2013-cü ildə Ermənistana 11 892 ton kofe idxal edilib. Ermənilər ötən il kofeyə $28,2 mln, Gürcüstan vətəndaşları $19,1 mln xərcləyib. Ermənistan həmçinin hazır kofe ixrac edir.
Kofe idxalı zamanı Azərbaycanın dövlət büdcəsindən gizlədilən vəsait həcmi təxminən 30-40 milyon manatdır. Maraqlıdır, Azərbaycana kofe idxalı hansı oliqarxın nəzarətindədir? Başqa sözlə desək, büdcədən gizlədilən 40 milyon manat kimin cibinə gedir?
Hər halda Dövlət Gömrük Komitəsinin bu həcmdə vəsaitin büdcədən gizlədilməsinə göz yumursa, deməli kofe idxalına hansısa yüksək vəzifəli məmurlardan biri nəzarət edir. Zatən gömrük postlarında da dövlətdən daha çox, bu oliqarxların maraqları müdafiə olunur.
Murad
AzPolitika.info


Şərhlər