"Bakıdakı oyunla qardaşlığımızın daha bir nümunəsini göstərdik" - "Qalatasaray"ın prezidenti

"Ötən həftə sonu Bakıda dostluq oyunu keçirdik. Bu matçla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik".

"Report"un məlumatına görə, bunu Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunu barədə danışarkən deyib.

Funksioner Azərbaycanda böyük diqqət gördüklərini bildirib: "Buradan azərbaycanlı qardaşlarıma, dövlət başçısı İlham Əliyevə və "Qarabağ"ın prezidenti Tahir Gözələ salamlarımı göndərirəm. Bizi çox yaxşı qarşıladılar".

Qeyd edək ki, "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar