Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirdiyi birgə mətbuat konfransında Azərbaycanla İran arasında davam edən gərginliyə münasibət bildirib. Lavrov deyib ki, gərginliyin müvəqqəti olacağına inanır və Rusiya onu yoluna qoymaq üçün vasitəçiliyə hazırdı.
Maraqlıdır, Rusiya İranla Azərbaycan arasında vasitəçi ola bilərmi?
Politoloq Elxan Şahinoğlu bildirir ki, Kreml necə Azərbaycanla Ermənistan arasında “vasitəçilik” edir, eynisini Azərbaycanla İran üçün təklif edir.
“Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb. Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur. İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir. Kreml “vasitəçi” olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq” – deyə, təhliçi qeyd edib.
Rasim
“Azpolitika.info”


Şərhlər
Heç vaxt Rusiya sülh vasitəçisi olmaz! O ,ancaq düşmənçilik qızışdırıcı olar. Rusiya terrorist ölkədir!
Əlbir olub bir ayı bir şir ilə...
Tüpürüm sizə də, sizinin vasitəçiliyinizə də.
Bizim qedim bir el meselimiz var:oğurluq ve fahişeliyin ömrü qırx gün olur ve kimin kim olduğu aydınlaşır.İndi de Rusya ve İran.Hemişe bizden ancaq xeyir gören bu iki anormal dövlet nedense. hemişe zatıqırıq ermenileri müdafie edibler.Ermeni de fars ve rus kimi üzüdönük ve etibarsuz olub , yeqin ona göre.