Rusiya daha 400 min hərbçini orduya cəlb etmək istəyir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Məlumata görə, hakimiyyət 400 min əsgər daha cəlb etmək məqsədi ilə kütləvi bir kampaniya keçirməyi planlaşdırır. Bu kampaniyanın yeni və məcburi səfərbərlik olmadığı, könüllülük prinsipi üzərində qurulduğu və peşəkar kadrları əhatə etdiyi bildirilir.
Həmçinin qeyd olunur ki, Rusiyanın bu kampaniya ilə müharibəyə əlavə 400 min könüllü cəlb etmə ehtimalı olduqca aşağıdır.
“AzPolitika.info”


Şərhlər