Menu

Azərbaycanın Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi açıqlandı

30.03.2023, 17:09
Azərbaycanın Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi açıqlandı

Azərbaycan müxtəlif regionlarda münaqişələrdən və silahlı qarşıdurmalardan narahat olur.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

“Biz Fələstin-İsrail münaqişəsinin həllini istəyirik, sülhə nail olmaq istiqamətində səyləri dəstəkləyirik. Biz iki dövlətli həll yolunu (Şərqi Qüdsün paytaxt olması ilə) dəstəkləyirik”, – XİN rəhbəri vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol