ABŞ-da təlim zamanı 2 hərbi helikopter havada toqquşub.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Kentukki ştatında meydana gələn qəzanın şahidləri iki partlayışın baş verdiyini bildirib.
Ölkə mətbuatı ən azı 9 nəfərin ölə biləcəyi ilə bağlı narahatlıqların olduğunu yazıb.
Qəzanın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
“AzPolitika.info”


Şərhlər