"Brüssel Azərbaycan və Ermənistan arasında etibar qurulmasında maraqlı deyil" - Zaxarova

Heç vaxt nizamlanmada vasitəçi olmayanları, prosesə əlavə dəyər qatmayanları, praktiki nəticələrə nail olmayanları eşitmək çox vacib deyil. Vacib olan Bakı və İrəvanı eşitməkdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, iki ölkəni eşitmək, dinləmək və onların marağında hərəkət etmək lazımdır: “Bəli, biz yaxşı başa düşürük ki, iki tərəfin fərqli, bəzən bir-birinə diametral şəkildə zidd mövqeyi olur. Bununla belə, biz tərəflərin razılaşa biləcəyi şeyləri qeydə alırıq. Başlıcası onlara müvafiq razılaşma bazası əsasında müvafiq atmosferi yaratmaqdır”.

Mariya Zaxarova Avropa İttifaqının bunun əksini etdiyini qeyd edib: “Bu bəyanatlar bizim daha əvvəl Avropa İttifaqının qeyd olunan regionda destruktiv niyyəti və fəaliyyəti ilə bağlı gəldiyimiz nəticələri təsdiq edir. Açıq-aydındır ki, Brüssel Azərbaycan və Ermənistan arasında etibar qurulmasında və mövqelərin yaxınlaşmasında maraqlı deyil”.

635x100

Şərhlər

t.ədalət 2023-03-30 22:19:18

Azərbaycanla ermənistan arasında etibar qurulmasını istəməyən bir ölkə varsa,o da Rusiyadır.

Son yazılar