“Moldovanı Ukraynaya qarşı qoymaq istəyirlər...” - Maya Sandu

Moldova Prezidenti Maya Sandu Rusiyanın Moldovanı Ukraynaya qarşı istifadə etmək istədiyini bildirib.

“AzPolitika.info” xəbər verir ki, “Newsmaker”-ə açıqalma verən Moldova Prezidenti Rusiyanın bu ölkədə hakimiyyəti dəyişmək cəhdlərinin də məhz bununla bağlı olduğunu qeyd edib: “Məlumdur ki, Rusiya Kişinyovda Rusiya yönümlü hakimiyyət qurmağa çalışır. Bununla da məsələn, Belarus kimi Moldovanı da Ukraynaya qarşı istifadə etmək istəyir”.

O, Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək niyyətilə bağlı bəyanatını xatırladıb və qeyd edib ki, Moldova da Ukraynaya və Qərbə qarşı buna bənzər məqsədlər üçün istifadə oluna bilər.

Ancaq Sandu əlavə edib ki, hazırda ölkədə xalqın seçdiyi müstəqil hakimiyyət var və onlar Rusiyanın niyyətlərinin gerçəkləşməsinə imkan verməyəcəklər.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar