“Ukraynada azadlıq və ləyaqət qəddar şəkildə tapdalandı” - Britaniya kralı

“Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın təhlükəsizliyini təhdid edir”.

“AzPolitika.info” “Euronews” telekanalına istinadla bildirir ki, bunu Almaniyada dövlət səfərində olan Böyük Britaniya kralı III Çarlz Bundestaqın deputatları qarşısında çıxışı zamanı deyib.

"Dünya Ukraynadakı müharibədən şoka düşüb, lakin sakit dayanmır və bu ölkədəki münaqişənin həllində birlik nümayiş etdirir", - deyən monarx, müharibənin bu qədər günahsız insan üçün ağlasığmaz iztirablara səbəb olduğunu, çoxsaylı itkilər olduğunu qeyd edib.

“İnsaların həyatı əldən getdi, azadlıq və ləyaqət qəddar şəkildə tapdalandı”, - III Çarlz vurğulayıb.

“Avropanın təhlükəsizliyi və demokratik dəyərlərimiz təhdid altındadır. Lakin dünya boş oturmadı, biz dağıntılardan dərin sarsıntı keçirdik, lakin Ukraynada sülh və azadlığın bərpasına gəlincə, birliyimiz bizi ruhlandırır” – deyə, Britaniya kralı alman dilində etdiyi çıxışda deyib.

III Çarlz Kiyevə silah-surast göndərilməsindən danışarkən vurğulayıb ki, Böyük Britaniya və Almaniya liderləri Avropanın əsas donoru kimi Ukraynaya yardımda mühüm rolu öz üzərinə götürdülər: “Biz pul və ən əsası bir müddət əvvəl qeyri-mümkün görünən qərarlar verdik. Almaniyanın Ukraynaya bu səviyyədə hərbi dəstək vermək qərarı bütün dünyada rəğbət doğurdu və çox əlverişli nəticələrə səbəb olacağına ümidlər yaradır”.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar