Avropa İttifaqının əhalisi 2100-cü ilə qədər azalacaq və yaşlanacaq

Avropa İttifaqını təşkil edən ölkələrin ümumi əhalisinin 2100-cü ilə qədər 27,3 milyon nəfər və ya 6 faiz azalacağı, yaşlı əhalinin sayının isə artacağı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) hesabatında bildirilir.

Məlumatda qeyd olunur ki, koronavirus pandemiyasıyla əlaqədar 2020 və 2021-ci illərdə azalan Aİ əhalisi 2022-ci ildə yenidən artmağa başlayıb və Ukrayna müharibəsi ilə birlikdə bu say 451 milyon nəfərə yüksəlib.

Hesabata görə, 2026-cı ildə 453 milyon olacağı gözlənilən əhalinin 2040-cı illərdən azalmağa başlayacaq və 2100-cü ildə 420 milyon nəfərə enəcək.

Yaşlı əhalinin sayının artacağı, 65-79 yaş qrupunun ümumi əhalidə xüsusi çəkisinin 15 faizdən 17 faizə, 80 yaşdan yuxarıların xüsusi çəkisinin isə 6 faizdən 15 faizə yüksələcəyi proqnozlaşdırılır. 65 yaşdan yuxarı insanların ümumi nisbətinin isə 32 faiz olacağı bildirilib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar