“Putinin pul kisəsi” iki hesaba 30 milyon dollar köçürüb – Məhkəmə 4 bankiri cəzalandırdı

İsveçrə məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu, musiqiçi Sergey Rolduqinin hesablarına xidmət edən 4 bankiri 7 aylıq şərti cəzaya məhkum edib.

“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Qazprombank”ın Sürixdəki filialının keçmiş rəhbərləri – üç rus və bir isveçrəli qanunsuzluqda ittiham olunublar. İstintaqın məlumatına görə, 2014-2016-cı illərdə Rolduqin iki bank hesabına 30 milyon dollara yaxın pul köçürüb. Amma buna baxmayaraq irimiqyaslı gəlirinin mənbəyini sübut edə bilməyib.

İsveçrə qanunlarına görə, banklar hesab sahibinin kimliyinə və ya onun pulunun mənbəyinə dair şübhələri varsa, hesaba xidmət göstərməkdən imtina etməlidirlər. Hakim bildirib ki, Rolduqinin yerləşdirdiyi pulun əsl sahibi olmadığına heç bir şübhə yoxdur. Qeyd edək ki, bir çox araşdırmaçı jurnalistlər musiqiçini “Putinin pul kisəsi” adlandırırlar.

“Məhkum bankirlər vəsaitlərin benefisiar sahibinin həqiqi şəxsiyyətini müəyyən etmək üçün kifayət qədər səy göstərə bilmədilər",-hakim bildirib. Bankirlər hökmdən apellyasiya şikayəti vermək niyyətindədirlər.

Violonçel ifaçısı Sergey Rolduqin Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu və böyük qızının xaç atasıdır. Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa Birliyi, ABŞ və bir sıra başqa ölkələr Rolduqinə qarşı Putinlə yaxın əlaqələri olduğuna görə sanksiyalar tətbiq edib. Avropa İttifaqı violonçel ifaçısını "Putinin maliyyə şəbəkə sxeminin bir hissəsi" hesab edir və onun ən azı beş ofşor şirkətinin sahibi olduğunu bəyan edib.

Rasim Əliyev

“AzPolitik.ainfo”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar