Menu

ABŞ Ukraynaya 400 milyon dollar yardım edib

30.03.2023, 21:06
ABŞ Ukraynaya 400 milyon dollar yardım edib

ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yaydığı məlumatda deyilir.

“ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü üçün, O cümlədən energetika sisteminin təmiri üçün avadanlıqlar, elektrik generatorları, istilik stansiyalarının dəstəyi və humanitar yardım üçün 400 milyon dollarlıq yardım ayırıb”, - Agentliyin yaydığı mətndə bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol