Menu

Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

30.03.2023, 23:55
Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkədə ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya dərc olunub.

Müvafiq petisiya dövlət başçısının saytında yerləşdirilib.

“ABŞ-nin nüvə silahını Ukrayna ərazisinə yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, - deyə təşəbbüs müəllifi təklif edib.

Hazırda petisiyanı 100 nəfər dəstəkləyib. Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır. (Mənbə: Ura.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol