Menu

"İrəvandakı reytinqimiz heç 30 faizə çatmır” - Nikol Paşinyandan etiraf

31.03.2023, 10:09
"İrəvandakı reytinqimiz heç 30 faizə çatmır” - Nikol Paşinyandan etiraf

“İrəvandakı reytinqimiz heç 30 faizə çatmır”.

“Report” Ermənistanın “İravunk” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu səbəbdən də sentyabrda mer seçkiləri keçirilməyəcək: “Vitse-mer Tiqran Avinyanın səylərinə baxmayaraq, sentyabrda şəhər seçkiləri olmayacaq. Çünki indi erkən seçkilər intihara bənzəyir”.

Qeyd edək ki, bu il martın 17-də İrəvan şəhərinin meri Qraçi Sarkisyan istefa verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol