RUSİYA "ƏHMƏDOV PROYEKTİ"NƏ YENİ NƏFƏS VERİR? - Milyarderin qurduğu oyunlar puça çıxdı + VİDEO

Bu günlərdə milyarder Fərhad Əhmədovun səs yazısı yayıldı. Onun tanınmış prodüser İosif Priqojinlə səs yazısı böyük rezonans doğurdu. Fərhad Əhmədov səs yazısında Rusiyanın hazırkı hakim elitasını və birbaşa Rusiya Prezidenti Vladimir Putini tənqidlərə məruz qoyur.

Məqsəd Rusiyanın hazır saxladığı "Əhmədov proyekti"nə yeni nəfəs verməkdirmi? Əks halda, Kreml indiki şəraitdə onun strateji hədəfləri, ordusu və hakimiyyətini tənqid edən, özünü rusiyalı kimi göstərən bu adama qarşı hövsələ nümayiş etdirməz... Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb.

Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Sovet Rusiyasının xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Bunun sayəsində o, 1987-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, “Tansley Traiding” şirkətini yaradıb və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.

Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan “Nordqaz” şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Maraqlıdır ki, 1990-cı illərin sonlarında Fərhad Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar investisiya cəlb edir, 1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da “Qazprom”a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə edir.

Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, ”özü özünə borclu olan” bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü. Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.

Azərbaycanın ictimai-siyasi həyatında bir çox “oyunlar” qurmağa çalışan Fərhad Əhmədovun necə deyərlər, dırnaqarası gözəgörünməz dairələr tərəfindən müəyyən edilmiş missiyası Azərbaycanda tam ifşa olunub. O və arxasında dayananlar sağa-sola xeyli pul səpələsələr də, məqsədə çata bilmədilər. Bu öz yerində... İndi isə başqa məsələ maraqlıdır.

Priqojinlə səs yazısından sonra, gündə bir milyonerin, iş adamının ölüm xəbəri gəldiyi, hətta iki yaşlı uşağa qarşı belə cinayət işinin qaldırıldığı Rusiyada Fərhad Əhmədova qarşı hansı tədbirlər görüləcək? Əgər belə bir niyyət olarsa, yəqin ki Azərbaycan tərəfi böyük məmnuniyyətlə Əhmədovu belə demək mümkünsə, paketləyib Moskvaya təhvil verəcək. Təki qarşı tərəfdən belə bir istək olsun...Olacaqmı? (apa.tv)

635x100

Şərhlər

Mubariz 2023-03-31 13:16:29

Görünür APA Tv -nin sahibinin sifarişidir .Balaca uşaq da bilir ki ,Rusyada böyük bizneslə məşğul olanların hamısı kəşfiyyatla əlaqəlidir

Son yazılar