Menu

Ukrayna müdafiə naziri əks-hücum əməliyyatlarının anonsunu verib - Qərbdən silah istəyib

31.03.2023, 12:25
Ukrayna müdafiə naziri əks-hücum əməliyyatlarının anonsunu verib - Qərbdən silah istəyib

“Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, Ukraynaya ağır texnika lazımdır: “Qərb silahlarının tədarükü sayəsində Ukrayna Silahlı Qüvvələri döyüş meydanında uğurla çıxış edir. Bununla belə, biz əks-hücum əməliyyatına hazırlaşırıq. Ona görə də Ukraynaya ilk növbədə ağır texnika lazımdır”.

Nazir, həmçinin Ukraynanın NATO və Avropa İttifaqına üzv olacağına inamını ifadə edib: “Bu, beynəlxalq təhlükəsizlik üçün lazımdır. Bu gün NATO üçün əsas təhlükə Rusiyadır”.

Görüş zamanı Aİ nümayəndə heyəti Ukraynaya dəstəyini ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol