Ukrayna Nazirlər Kabinetinin yeni qərarına görə, ukraynalı idmançılar Rusiya və Belarus idmançılarının qatıldığı yarışlarda iştirak etməyəcəklər.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin İdman naziri Oleq Nemçinov açıqlama verib.
Nazir deyib ki, hətta 2024-cü il olimpiadası üçün lisenziya yarışlarına belə ukraynalı idmançılar yalnız o halda qatıla bilərlər ki, orada rusiyalı və belaruslu idmançılar iştirak etməyəcəklər.
Hələ ki, Ukrayna hökumətinin qərarı rəsmən dərc olunmayıb və onun detalları məlum deyil. Ancaq bildirilir ki, istənilən halda bu qərar Beynəlxalq Olimpiya Komitəsinin Rusiya və Belarus idmançılarının olimpiya yarışlarında neytral statusda iştirakına dair “tövsiyyələri”nə cavab olaraq qəbul olunub.
“AzPolitika.info”


Şərhlər