Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilmiş Akop İnciqulyan Ermənistan ordusunda hərbi xidmətə yollanıb
Bir ildən çox Azərbaycanda əsirlikdə olan və öz istəyi ilə üçüncü ölkəyə təhvil verilmiş Ermənistan ordusunun əsgəri Akop İnciqulyan hərbi xidmətini davam etdirir.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan deyib.
O bildirib ki, A. İnciqulyan evinin yaxınlığındakı hərbi hissədə xidmət keçməyə davam edəcək.
Qeyd edək ki, A. İnciqulyan Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verdikdən sonra bu il oktyabrın 2-də Ermənistana qayıdıb.


Şərhlər