Məlum olduğu kimi, ötən gün Rusiyada “The Wall Street Journal” qəzetinin əməkdaşı Evan Qerşkoviçi casusluqda günahlandırılaraq həbs edilib.
“AzPolitika.info” xəbər verir ki, “The Wall Street Journal” bu hadisə ilə bağlı ABŞ rəhbərliyinə, şəxsən Prezident Co Baydenə müraciət edib.
Qəzet bu həbsin qanunsuzluğuna və siyasi sifariş olduğuna şübhə etməməklə yanaşı, ABŞ Prezidentindən kəskin cavab addımları tələb edib: “Rusiyanın ABŞ-dakı səfirinin və eləcə də burada işləyən bütün Rusiya jurnalistlərinin qovulması – bu, ümid edilməli olan minimum tədbirlərdir”.
“The Wall Street Journal” hesab edir ki, ABŞ rəhbərliyinin qətiyyətsizliyi ucbatından getdikcə bir sıra dünya ölkələrində ABŞ vətəndaşlarının bu və ya digər səbəblərdən həbsə atılması adiləşib. Müraciətdə deyilir ki, ABŞ hakimiyyətinin birinci vəzifəsi öz vətəndaşlarını qorumaqdır, lakin bu edilmədiyindən bir sıra ölkələrin hökumətləri cəzasızlıq şəraitindən istifadə edərək, Amerika vətəndaşlarını qanunsuz olaraq həbsə atırlar.
“AzPolitika.info”


Şərhlər