Rusiya Ermənistana iqtisadi zərbələr vurmağa başlayıb – Süd idxalı qadağan olunub

Ermənistan məhkəməsinin ötən həftə Roma Statusunun ratifikasiyasıyla bağlı qəbul etdiyi qərar Rusiyada hiddətlə qarşılanıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Ermənistanın Putinin həbsini nəzərdə tutan təşkilatın çıxardığı qərarları qəbul edəcəyini açıqlamasından sonra bu ölkədən süd idxalını qadağan edib.

Açıqlanan məlumatda bunun keyfiyyət problemlərinə görə olduğu bildirilsə də, ekspertlər İrəvanın sözügedən məsələ ilə bağlı cəzalandırıldığı qənaətindədirlər. Rusiyanın bu qərarı Ermənistanda hakim partiyadan olan deputat Qaqik Melkonyanın Vladimir Putinin ölkəyə səfər etməməsinin daha yaxşı olacağını deməsindən iki gün sonra qəbul edilib.

Ermənistandan Rusiyaya süd məhsullarının ixracının illik həcminin 20 milyon dollar olduğu bildirilir.

“AzPolitika.info”

635x100

Şərhlər

B.Qarabağlı 2023-03-31 22:32:24

Дорогуша *АзПолитика*, Kreml 33 il müntəzəm Ermənistanın Azərbaycana gündəlik atəşləri üçün hərbi sursatları demək olar ki, müftə tədarük edib! Onların aylıq dəyəri də 20 miyondan aşağı olmayıb? Kreml istədiyi həftə və ya bircə aya *erməni işğalçı və silahlılarını* tam geri çəkdirə bilər!!!

X 2023-03-31 18:42:52

BƏS BIZDƏ SÜD NIYƏ YOXDU? MARAQLIDIR

Son yazılar