Martın 31-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.
APA-nın Moskva müxbiri Rusiya XİN-nə istinadən xəbər verir ki, görüş zamanı konstruktiv şəkildə ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri nəzərdən keçirilib.
Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub.


Şərhlər
Rusya kimi ölkədə Poladın səfirolması və onun səfir kimi saxlanması ağıla batan deyil.Ona hansı ixtisasına,təcrübəsinə görə bu vəzifə verilib7.Bu iqtidarım yarıtmaz və ziyanlı kadr siyasətinin vəziyyətini aşkar etmirmi?